Aqil Ələsgər: “Vüqar Səfərli üslubundan-metodundan əl çəkin”

Hazırda oxunan: Aqil Ələsgər: “Vüqar Səfərli üslubundan-metodundan əl çəkin”

5989

''Yeniçağ'' media qurumunun rəhbəri öz feysbuk səhifəsində Azərbaycan mətbuatında baş verən bəzi hadisələrə status həsr edib və şəkil paylaşıb. 

Aqil Ələsgər statusunda bildirib ki, ''Seymur Verdizadənin adının qaliblər arasında olması KİVDF-də müsbət yöndə dəyişikliklərin olduğunun göstəricisidir.

Yoxsa, o reket Vüqarın başına güllə sıxsalar, zəhləsinin getdiyi nə biri yer qazanardı, nə də onunla toqquşan biri özünə hörmətsizlik edib KİVDF-yə yazı verərdi...''.

''Yeniçağ'' rəhbəri yazıb ki, zehniyyət dəyişməlidir və görünən odur ki, tədricən də dəyişir və dəyişəcək... Müsbət haldır və alqışlanmalıdır!

Daha sonra o qeyd edib:

''Bizim illərdən bəri Prezident Administrasiyasına ünvanladığımız açıq və qapalı mesajlarda vurğulanan məqam bu idi ki, KİVDF Vüqar Səfərlinin dədə mülkü deyil və o reket dələduza bu qurumla belə davranmasının qarşısı alınmalıdır. Alınmadı və bədəli almayanlar üçün ağır oldu.
İndi yenə o dövrün tör-töküntüsü olanlara deyirik ki, Vüqar Səfərli üslubundan-metodundan əl çəkin''.

''Hansısa maşın alverçisinin adına tələsik "worldpress" saytı açıb, bəyanatınızı ''sponsorlu'' qoydurmaqla, dövlətin ən böyük informasiya qaynağına, cənab Prezidentin sizə olan etimadına zərbə vurursunuz. Mature olsa da, "schoolgirl" düşüncəsində olan birinin ağlı ilə əslində özünüzü biabır edirsiniz''.

''Bizim üçün savaşmaq qəti problem deyil, tam əksinə istənilən savaşda rəqib nə qədər güclü olarsa, sən o qədər böyük təcrübə sahibi olursan və düşmənin qədər böyük olursan''.

''Ancaq sən dövlət televiziyasısan, ağır olmalısan, media ilə əlaqələrini sahmana salmalı və "schoolgirl" ağlında olanlara bu ağır və məsuliyyətli işi tapşırmamalısan ki, sonda qeyri-bərabər döyüşdə hər bir halda rəzil olmayasan... Demədi deməyin...''.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin