REAL parlamentdə boş qalan yerlərə iddiasını ortaya qoydu - İlqar Məmmədovdan AÇIQLAMA

Hazırda oxunan: REAL parlamentdə boş qalan yerlərə iddiasını ortaya qoydu - İlqar Məmmədovdan AÇIQLAMA

0:00
0:00
59852

REAL partiyası 33 və 35 saylı Xətai seçki dairələrinin ərazisində seçki tələbi ilə imza toplayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə REAL sədri İlqar Məmmədov sosial şəbəkə hesabından məlumat verib.

Belə ki, Partiya sədri parlamentə boş qalan yerlərə seçkilərin keçirilməsi məqsədilə bu addımı atdıqlarını bildirib.

Qeyd edək ki, 2020-ci il fervalın 9-da parlamentə keçirilən seçkilərdə sözügüdən seçki dairələrinin nəticələri ləğv olunub. 

İlqar Məmmədov nəticələri ləğv olunan daha 3 seçki dairəsində seçki tələbi ilə digər partiya və ictimai qrupların çıxış edə biləcəyini də sözlərinə əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin