ABŞ səfirliyi: Xocalıda həlak olanların ailələrinə başsağlığı veririk

Hazırda oxunan: ABŞ səfirliyi: Xocalıda həlak olanların ailələrinə başsağlığı veririk

598393

ABŞ-nin Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, səfirlik bu barədə rəsmi sosial media hesablarında yazıb.

"Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq. ABŞ səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha xatırlayırıq", - paylaşımda qeyd olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin