Peru Konqresində Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edildi - FOTO

Hazırda oxunan: Peru Konqresində Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edildi - FOTO

598356

Peru Konqresində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb və faciə ilə bağlı bəyanat qəbul edilib.

Bizim.Media xəbər verir ki, Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbirdə Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Peruda akkreditə olunmuş diplomatik korpus və jurnalistlər iştirak ediblər.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konqresin Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Rosanxela Andreya Barbaran Reyes Xocalıda həlak olmuş günahsız soydaşlarımızla bağlı Azərbaycan xalqına başsağlığı verib və Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında dərin iz qoyduğunu qeyd edib.
 

Səfirliyin əməkdaşı Gültən Qafqazlı-Novruzova Xocalı soyqırımı və erməni təcavüzünün tarixi haqqında məlumat verərək, bu qırğının və onun acı nəticələrinin unudulmamasının, habelə gələcəkdə oxşar faciələrin baş verməməsi üçün soyqırımı törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.


Diplomat Xocalı faciəsinə lazımi hüquqi qiymət verildiyini, bir sıra ölkələrin parlamentləri, eləcə də Peru Konqresi tərəfindən Xocalı soyqırımını tanıyan sənədlərin qəbul edildiyini diqqətə çatdırıb, bu məsələdə ədalətli mövqe və həmrəylik nümayiş etdirdiyi üçün Peru tərəfinə minnətdarlığını bildirib.

Peru Konqresi tərəfindən faciənin 34-cü ildönümü ilə bağlı qəbul edilmiş bəyanatın mətni oxunulub.

Bəyanatda Xocalı soyqırımının 34-cü ildönümünün anıldığı diqqətə çatdırılıb. Həmçinin çox sayda insanın qəddarcasına qətlə yetirilməsi ilə nəticələnmiş bu qanlı faciə haqqında məlumat verilib, 2013-cü ildə Peru Konqresi tərəfindən qəbul edilmiş sənəddə bu soyqırımının pisləndiyi bildirilib.

Bəyanatda Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq səylərə, o cümlədən 2025-ci il 8 avqust tarixində Ağ Evdə keçirilmiş yüksəksəviyyəli görüşə dəstək vurğulanıb.
 

Bəyanatda bu gün bütün dünya azərbaycanlılarının Xocalı şəhərində qətlə yetirilmiş günahsız insanların xatirəsini ehtiramla yad etdiyi bildirilib, onların əziz xatirəsinə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı ifadə olunub.


Tədbir zamanı Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilib, iştirakçılara qanlı faciənin tarixinə dair broşür və materiallar təqdim olunub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin