Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı rayonunun Xanabad kəndinə köçmüş Əmrah Sahiblinin evində olublar.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubova sakinin işlə təmin edilməsi üçün təkliflər verməsinə dair tapşırıq verib:
Prezident İlham Əliyev: İşin var?
Sakin: Təmin ediblər.
Prezident İlham Əliyev: Gəlin. İşlə təmin etmək üçün təkliflər verərsiniz.
Nümayəndə: Bəli, cənab Prezident İlham Əliyev. Artıq müraciət edib. Sürücü işləyir. Ümumiyyətlə, çalışırıq məşğulluqla bağlı Sizin tapşırığınızı yerinə yetirək.
Prezident İlham Əliyev: Bəli, əlbəttə.
Nümayəndə: Xocalıya köçən əhalinin 4100 nəfərindən 1230 nəfəri daimi işlə təmin olunub. Müəssisələr də çoxdur. Açılışlarında Siz də iştirak edirsiniz.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
23:02 / 25.02.2026
Prezident Elçin Yusubova TAPŞIRIQ VERDİ: “İşlə təmin etmək üçün təkliflər verərsiniz”
Hazırda oxunan: Prezident Elçin Yusubova TAPŞIRIQ VERDİ: “İşlə təmin etmək üçün təkliflər verərsiniz”
Hazırda oxunan: Prezident Elçin Yusubova TAPŞIRIQ VERDİ: “İşlə təmin etmək üçün təkliflər verərsiniz”
598350
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































