Prezident ailəsi ilə Xanabad kənd sakininin EVİNDƏ - FOTO/VİDEO

Hazırda oxunan: Prezident ailəsi ilə Xanabad kənd sakininin EVİNDƏ - FOTO/VİDEO

598348

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olublar.

Bizim.Media xəbər verir ki, sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçmüş Əmrah Sahiblinin evində olublar.

Prezident İlham Əliyev: Salam.

Qadın sakin: Salam, xoş gördük.

Nümayəndə: Cənab Prezident, kənd buradan görünür elə. Arxasında yardımçı sahələr də var.

Prezident İlham Əliyev: Necə yerləşmisiniz burada?

Sakin: Çox gözəl, Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Gəlin, gəlin, uşaqlar. Ev necədir?

Sakin: Çox gözəl, Allah razı olsun.

Prezident İlham Əliyev: Neçə gündür buradasınız, 5 gündür?

Sakin: 5 gün olar.

X X X

Prezident İlham Əliyev: Adın nədir?

Uşaq sakin: Duyğu.

Prezident İlham Əliyev: Duyğu? Gəl, gəl, Mehriban xanımla görüş.

Birinci xanım Mehriban Əliyeva: Gəl buraya, görüşək.

Sakin: Xoş gəlmisiniz.

Birinci xanım Mehriban Əliyeva: Harada yaşayırsan, göstər, hanı sənin otağın?

Prezident İlham Əliyev: Şəraitiniz necədir?

Sakin: Salam. Çox yaxşıdır.

Prezident İlham Əliyev: İşin var?

Sakin: Təmin ediblər.

Prezident İlham Əliyev: Gəlin. İşlə təmin etmək üçün təkliflər verərsiniz.

Nümayəndə: Bəli, cənab Prezident İlham Əliyev. Artıq müraciət edib. Sürücü işləyir. Ümumiyyətlə, çalışırıq məşğulluqla bağlı Sizin tapşırığınızı yerinə yetirək.

Prezident İlham Əliyev: Bəli, əlbəttə.

Nümayəndə: Xocalıya köçən əhalinin 4100 nəfərindən 1230 nəfəri daimi işlə təmin olunub. Müəssisələr də çoxdur. Açılışlarında Siz də iştirak edirsiniz.

Prezident İlham Əliyev: Bəli, müəssisələr çoxdur. Məktəb də var. Müəllimlər necədir?

Digər nümayəndə: Biz 110 ailəni köçürəndən sonra müəllim kontingenti buraya yığılacaq. Çünki az əhali ilə aça bilmirik. Novruz bayramına qədər buraya 110 ailəni köçürəcəyik. Evlər hamısı hazırdır.

Prezident İlham Əliyev: Sənin neçə yaşın var?

Kişi sakin: Otuz iki.

Prezident İlham Əliyev: Sən işğaldan sonra anadan olmusan?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Valideynlərin sağdır?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Harada yaşayırlar?

Kişi sakin: Xanabad kəndində.

Prezident İlham Əliyev: Bir daha təbrik edirəm.

Sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Gedək, bayırda şəkil çəkdirək. Əlini ver.

Sakin: İlham dayıya əlini ver. Afərin.

Prezident İlham Əliyev: Sözəbaxan uşaqdır.

Sakin: Çox yaxşı uşaqdır, çox ağıllı oğlandır.

X X X

Prezident İlham Əliyev: Təbrik edirəm.

Sakin: Çox sağ olun.

Uşaq sakin: Mən Sizi televizorda görəndə çox sevinirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Sağ olun.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin