Prezident: “Son 80 il ərzində Azərbaycan qədər mütləq qələbə qazanan ikinci ölkə olmayıb” - VİDEO

Hazırda oxunan: Prezident: “Son 80 il ərzində Azərbaycan qədər mütləq qələbə qazanan ikinci ölkə olmayıb” - VİDEO

598335

“Düşmənin sonuncu yuvasını da dağıtmışıq, separatçıları da qovmuşuq, onları da məhkəmə qarşısında cavab verməyə məcbur etmişik və ədaləti tam bərpa etmişik. Ona görə artıq o ağır dövr geridə qaldı, arxada qaldı, bir daha qayıtmayacaq”. 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşü zamanı bildirib.

“Bu gün dövlətimiz güclüdür, ordumuz güclüdür və xalqımız bu illər ərzində artıq bütün dünyaya öz böyüklüyünü göstərmişdir. Son 80 il ərzində Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır”, - Prezident qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin