TDT Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə BAŞSAĞLIĞI VERDİ

Hazırda oxunan: TDT Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə BAŞSAĞLIĞI VERDİ

598314

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar başsağlığı verdi.

Bizim.Media xəbər verir ki, mesaj təşkilatın sosial şəbəkə hesabında, üzv bütün ölkələrin dillərində paylaşılıb.

“Birinci Qarabağ müharibəsi zamanı 1992-ci il fevralın 25–dən 26-na keçən gecə azərbaycanlı mülki əhaliyə qarşı törədilən Xocalı soyqırımının 34-cü ildönümündə bu faciəvi hadisənin günahsız qurbanlarını dərin ehtiramla yad edir, onların əziz xatirələri qarşısında baş əyir, Azərbaycan Respublikası Hökuməti və qardaş Azərbaycan xalqı ilə sarsılmaz həmrəyliyimizi bir daha ifadə edirik”, - paylaşımda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin