Fuat Oktay: “İranda xaos olarsa, Azərbaycan və Türkiyə bunu daha güclü hiss edəcək”

Hazırda oxunan: Fuat Oktay: “İranda xaos olarsa, Azərbaycan və Türkiyə bunu daha güclü hiss edəcək”

598284

İran ətrafında baş verən proseslər birbaşa olaraq Türkiyə və Azərbaycana təsir göstərir.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay deyib.

Onun sözlərinə görə, İranda mümkün destabilizasiya bütün region və dünya üçün ciddi nəticələr doğura bilər.
 

“Əgər İranda Suriyadakı kimi xaos baş versə, bunun nəticələri bütün region və dünya üçün fərqli olacaq. Lakin Azərbaycan və Türkiyə üçün bu təsir daha güclü hiss ediləcək. Məhz buna görə də Türkiyə və Azərbaycan İran ilə ABŞ arasında yaranmış problemin danışıqlar yolu ilə həllini istəyir. Türkiyə bu istiqamətdə səylər göstərir”, — deyə Oktay qeyd edib.


“Ümid edirik ki, hər hansı qarşıdurma olmadan bu məsələ ən qısa zamanda həllini tapacaq”, — deyə komitə sədri əlavə edib. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin