“Müharibəni bütün Ermənistan uduzub, tək Paşinyan yox” – DEPUTAT

Hazırda oxunan: “Müharibəni bütün Ermənistan uduzub, tək Paşinyan yox” – DEPUTAT

59827

"Paşinyanı satqınlıqda ittiham etmək Ermənistanda revanşistlərin və radikal millətçilərin əsas silahlarından birinə çevirilib. Əslində belə ittihamlar uzun müddətdir davam etdiyi üçün artıq heç kəsdə təəccüb də doğurmur", - deyə şərhinə başlayan millət vəkili Hikmət Babaoğlu xatırladıb ki, satqın damğası ilə seçkiyə gedən Paşinyan seçkidən qalib çıxıb və bununla da onu satqın adlandıranlara bir növ öz siyasi mövqeyini möhkəmləndirməklə cavab verib.

Bizim.Media-ya şərhində deputat bildirib ki, buna baxmayaraq revanşistlər həvəslə Paşinyanı satqın adlandırmaqdan çəkinmirlər.

Xüsusən daşnaklar və Qarabağ klanı onu "erməni  davası"na xəyanətdə ittiham edirlər:

"Ancaq Ermənistanda hamı bilir ki, Ermənistanın biabırçı məğlubiyyəti və kapitulyasiyaya imza atması təkcə Paşinyanın günahı deyil. Eyni zamanda, faşist ideologiyasına xidmət edərək qonşu ölkəyə qarşı işğalçılıq siyasətini dəstəkləyən, yaxud bu prosesdə iştirak edən hər bir ermənin günahıdır. Müharibəni bütün Ermənistan uduzub, tək Paşinyan yox. İndi isə aydın dərk edirlər ki, gec-tez regiona sülh gəlməlidir və sərhədlər qarşılıqlı şəkildə tanınmalıdır.

Qarabağda yaşayan erməni icması isə əsla heç bir status əldə edə bilməyəcək. 

Ona görə də bu reallığı dərk etdikcə nə qədər dərin bir böhran içərisində olduqlarını bir daha anlayır və hər kəsi satqın adandırmaqdan çəkinmirlər", - deyə deputat fikrini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin