Ermənistanın işğal siyasti nəticəsində Azərbaycanın onarla şəhəri, kəndləri yer üzündən silinib. Bundan əlavə ekosistem, tarixi abidələr məhv edilib. 30 il boyunca ayrı-ayrı vətəndaşların da mal-mülkü məhv edilib, yaşam hüquqları əllərindən alınıb.
Artıq dövlətlə bərabər ayrı-ayrı vətəndaşlarımız da Ermənistanı beynəlxalq məhkəməyə verməyə və təzminat davaları açmağa hazırlaşır.
Bizim.Media ilə məsələni şərh edən politoloq Məhəmməd Əsədullazadə də qeyd edib ki, Prezident İlham Əliyev dəfələrlə təzminat məsələsini gündəmə gətirib:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Ermənistandan nə qədər təzminat tələb edə bilər? – ARAŞDIRMA
"Ermənistan vandalizm aktı həyata keçirib. Beynəlxalq məhkəməyə verilməli, digər beynəlxalq təşkilatlar çərçivəsində bu məsələ qaldırmalıdır. Təklif edirəm ki, Ermənistanı qaçqın düşən soydaşlarımız məhkəməyə verib, təzminat alıb öz evlərini tikməlidir. Ermənistan hissə-hissə bu təzminatı qaytarmalıdır. 30 il ərzində işğal olunmuş ərazilərdə insanların yaşam hüququnu pozub, həmçinin evlərini, mülklərini dağıdıb".
Məhəmməd Əsədullazadənin fikrincə, buna görə də məsələni ciddi şəkildə beynəlxalq məhkəmələrə çıxarılmalıdır.
Bizim.Media