Milli Məclisin növbəti plenar iclasında 9 məsələ MÜZAKİRƏ EDİLƏCƏK

Hazırda oxunan: Milli Məclisin növbəti plenar iclasında 9 məsələ MÜZAKİRƏ EDİLƏCƏK

598106

Milli Məclisin yaz sessiyası üzrə fevralın 27-də keçirilməsi nəzərdə tutulan plenar iclasının gündəliyi açıqlanıb.

Bizim.Media xəbər verir ki, iclasın gündəliyinə 9 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. "Kinematoqrafiya haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

2. Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

3. Mülki Məcəllədə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

4. Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

5. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

6. "Yerin təki haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

7. "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

8. Əmək Məcəlləsində və "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

9. "Mədəniyyət haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin