Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri, sabiq vitse-prezident Fuad Oktay Azərbaycana səfərə gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə o, "X" hesabında məlumat paylaşıb.
"Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri olaraq "10-cu Türkiyə - Azərbaycan - Gürcüstan Parlamentlərinin Xarici İşlər Komitələrinin Üçtərəfli Birgə Görüşü"ndə iştirak etmək və rəsmi danışıqlar aparmaq üçün Azərbaycandayıq.
Səfirliyimiz tərəfindən təşkil edilən iftar süfrəsində qardaş və bacılarımızla görüşmək, görüşlərdən və müzakirələrimizdən əvvəl məlumat almaq və söhbət etmək imkanı əldə etdik", - TBMM rəsmisi qeyd edib.

Bizim.Media
































































































