NATO və Rusiya arasında qarşılıqlı NÜVƏ TƏHDİDİ – XXI əsrin “Karib böhranı” Baltik dənizində BAŞ VERƏCƏK?

Hazırda oxunan: NATO və Rusiya arasında qarşılıqlı NÜVƏ TƏHDİDİ – XXI əsrin “Karib böhranı” Baltik dənizində BAŞ VERƏCƏK?

597855

Ukrayna müharibəsi fonunda Qərb Rusiya münasibətləri daha da gərginləşməyə davam edir. Artıq tərəflər biri-birini nüvə müharibəsilə hədələməyə başlayıblar.

Bu günlərdə Estoniya xarici işlər naziri Marqus Tsaxnanın verdiyi açıqlama Moskvada ciddi rezonans doğurub. Tsaxana NATO-nun müdafiə planları çərçivəsində nüvə silahlarının Estoniyaya yerləşdirilə biləcəyini vurğulayıb.

Bu açıqlamaya cavab olaraq, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan edib ki, Estoniya ərazisində Rusiyaya yönəlmiş nüvə silahları olarsa, onların da nüvə silahları Estoniya istiqamətinə yönələcək.

Peskov əlavə edib ki, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün, xüsusən də nüvə çəkindirmə məsələlərində lazım olanı edəcək.

Belə açıqlamalar istər-istəməz tərəflər arasında onsuz da gərgin olan münasibətlərin daha pik həddə çatmasına rəvac verir. Bu mənada Peskovun cavab bəyanatı əslində Rusiyanın rəsmi formada nüvə hücumu xəbərdarlığı sayıla bilər.

Görəsən, yaranmış vəziyyətdə Estoniyada ikinci “Karib böhranı” yaşana bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, Baltikyanı ərazi Qərblə Rusiyanın nüvə savaşına başlamalarına bəhanə vermək üçün o qədər də əhəmiyyətli yer deyil:

“Müasir tarix göstərir ki, bir çox siyasi rəhbərlərin məsuliyyət və əqli zəka dərəcəsi çox aşağıdır. Pribaltika ölkələrinin siyasi mədəniyyət səviyyəsi adətən yüksək hesab olunur. Amma Avropa ittifaqının xarici işər naziri Kaya Kallasın səviyyəsinə baxanda görürük ki, bu səviyyə bir o qədər də yüksək deyil. O, çoxsaylı səfeh addımlara əl atır”.

Politoloq qeyd edir ki, Estoniya ərazisində nüvə silahının yerləşdirilməsinə hərbi cəhətdən heç bir ehtiyac yoxdur:

“Bu addımın atılmasının nə taktiki, nə də heç bir strateji əhəmiyyəti olacaq. Həmin addıma gedilməsi qüvvələr nisbətinə də təsir etməyəcək. Deməli, bu barədə Estoniya rəsmiləri tərəfindən verilən açıqlamalar boş sözlərdir. Hərbi baxımdan nüvə silahının Estoniyada yerləşməsinin qara qəpik qədər əhəmiyyəti yoxdur”.

Sözügedən açıqlamalar fonunda müsahibimiz yeni “Karib böhranı” ssenarisini istisna edir:

“Rusların bu sözə reaksiya verməsi isə onların da axmaqlığından irəli gəlir. Hansısa yeni “Karib böhranı” gözlənilmir. Baltikyanı ərazi o qədər də əhəmiyyətli yer deyil ki, ona görə Qərblə Rusiya nüvə savaşına getsin. ABŞ əməli olaraq NATO-dan çıxıb. Avropanın isə Rusiya ilə kəllə-kəlləyə gəlməyə nə taqəti, nə də həvəsi var. Rusiyanın özü də iqtisadi cəhətdən çökür. Nüvə müharibəsinin başlaması bəşəriyyətin sonu deməkdir. Bunu hamı bildiyindən, sözdə bir-birini hədələsələr də, başa düşürlər ki, bunlar boş söhbətdir. Yeni nüvə böhranı olmayacaq”.

Rüfət Sultan, Bizim.Media   

REqlı NÜVƏ TƏHDİDİ - İkinci

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin