Tofiq Zülfüqarovdan şok çağırış: "Arxivlər açılsın, "5-ci kolon" ifşa edilsin"

Hazırda oxunan: Tofiq Zülfüqarovdan şok çağırış: "Arxivlər açılsın, "5-ci kolon" ifşa edilsin"

597822

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ölkəyə qarşı genişlənən informasiya müharibəsi və daxildəki gizli şəbəkələrlə bağlı sensasion bəyanatla çıxış edib.

Bizim.Media xəbər verir ki, diplomat Kremlin Azərbaycana qarşı informasiya hücumuna keçdiyini bildirərək, hüquq-mühafizə orqanlarını və cəmiyyəti daha cəsarətli addımlar atmağa çağırıb.
 

T. Zülfüqarov qeyd edib ki, hazırda hüquq-mühafizə orqanlarının təqdim etdiyi "ifşaedici materiallar" çox vaxt mətbuatda əvvəllər dərc olunmuş məlumatlardan ibarətdir. Onun sözlərinə görə, artıq daha köklü tədbirlərin görülməsinin vaxtı çatıb: "Arxivləri açmağın və həm hakimiyyət, həm də müxalifət statusu altında gizlənən "beşinci kolon" üzvlərini göstərməyin vaxtı deyilmi?"


Sabiq nazir xaricdə yaşayıb özünü "demokrat" kimi təqdim edən, lakin əslində, Kremlin maraqlarına xidmət edənləri sərt dillə tənqid edib:

"Bəzi "sadəlövh" səslər Kremli və onların yerli nökərlərini müdafiə etmək üçün məni "beşinci kolon" adlandırırlar. Onlarda ciddi məntiq pozuntusu var: Kremli ittiham edən beşinci kolon olur, Kreml siyasətini maskalayanlar isə demokrat? Bu cür rüsvayçı yanaşma qəbuledilməzdir".

Tofiq Zülfüqarov vurğulayıb ki, Azərbaycanın milli təhlükəsizliyi naminə arxivlərin bir hissəsinin açılması zəruridir:

"Hesab edirəm ki, arxivlərin bir hissəsini açmağın və hər kəsi layiq olduğu adla çağırmağın əsl zamanıdır".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin