Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yaylb.
21 fevral 2026-cı il tarixində baş tutan telefon danışığı zamanı iki ölkə arasında tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Telefon danışığında həmçinin Yaxın Şərqdə son inkişaflar, Vaşinqtonda Sülh Şurasının ilk iclasından irəli gələn məsələlər, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
***22:19
Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin rəsmi "X" hesabında paylaşım edilib.
Qeyd edilib ki, tərəflər ikitərəfli əməkdaşlığı, regional və beynəlxalq hadisələri, o cümlədən hər iki nazirin qatıldığı, Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasını müzakirə ediblər.
Nazirlər qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə sıx əlaqələndirməni davam etdirmək barədə razılığa gəliblər.
Deputy Prime Minister / Foreign Minister Senator Muhammad Ishaq Dar @MIshaqDar50, while in London, spoke with Foreign Minister of Azerbaijan Jeyhun Bayramov @Bayramov_Jeyhun.
— Ministry of Foreign Affairs - Pakistan (@ForeignOfficePk) February 21, 2026
The two leaders discussed bilateral cooperation, regional & international developments, including the… pic.twitter.com/sRCryZMSqg
Bizim.Media






























































































