Velosiped sürənlərə XƏBƏRDARLIQ - Bu halda 70 manat CƏRİMƏLƏNƏCƏKLƏR

Hazırda oxunan: Velosiped sürənlərə XƏBƏRDARLIQ - Bu halda 70 manat CƏRİMƏLƏNƏCƏKLƏR

597386

Türkiyədə 71 yaşlı şəxsin velosipeddən istifadə edərkən sərxoş vəziyyətdə yaxalanması və cərimələnməsi məsələsi Azərbaycanda da oxşar halın necə tənzimləndiyi sualını gündəmə gətirir.

Azərbaycanda sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə görə məsuliyyət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunur. Məcəllənin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini alkoqol, narkotik vasitələr, psixotrop və ya digər güclü təsir göstərən maddələrin təsiri altında idarə edən şəxs 400 manat məbləğində cərimə edilir və ya onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.

Bəs bu qaydalar velosiped sürücülərinə də aiddirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov isə bildirib ki, sərxoş halda velosiped, moped idarə edən şəxslərə töhmət və s.. cəzalar verilməməlidir, çünki onların sürücülük vəsiqəsi yoxdur:

“Ümumiyyətlə istər skuter, istər velosiped sürücülərinin qəza törətmə riskləri daha böyükdür. Buna görə də qabaqlayıcı tədbirlər görülə bilər, ancaq töhmət və s.. kimi cəzalar olmamalıdır. Çünki velosiped sürücülərinin sürücülük vəsiqəsi yoxdur ki, əlindən alınsın. Buna görə də həmin şəxsə inzibati tənbeh verilə bilər”.

Qeyd edək ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində xüsusi maddələr qeyd olunub və bu tədbirlər avtomobil sürücülərinə aid tədbirlərdən bir qədər fərqlidir:

İnzibati Xətalar Məcəlləsinin 338.6-cı maddəsinə görə velosipedçilər və moped sürücüləri alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə yol hərəkəti qaydalarının pozarsa, həmin şəxs 70 manat məbləğində cərimə edilir.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin