Hikmət Hacıyev: “7 milyard dollar Qəzzaya maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur”

Hazırda oxunan: Hikmət Hacıyev: “7 milyard dollar Qəzzaya maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur”

597271

“Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və məramlarını dəstəkləyir. Gələcəkdə Azərbaycan tərəfindən Sülh Şurası vasitəsilə Qəzzada sərmayə layihələrində iştirak nəzərdən keçirilə bilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün X sosial media hesabında yazıb.

Prezidentin köməkçisi, həmçinin qeyd edib:

“Amma bir məsələyə aydınlıq gətirmək istərdik. Belə ki, Sülh Şurasının bugünkü iclasında səsləndirilən 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin