Hikmət Hacıyev: “Sülh Şurasında Azərbaycan və Ermənistan liderlərinin əl sıxmasının dərin simvolik mənası var”

Hazırda oxunan: Hikmət Hacıyev: “Sülh Şurasında Azərbaycan və Ermənistan liderlərinin əl sıxmasının dərin simvolik mənası var”

597247

Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın əl sıxması dərin simvolik məna daşıyır.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "X" hesabında paylaşım edib

"SÜLH sözünün böyük baş hərflərlə yazıldığı fonda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri əl sıxır. Təsadüf kimi görünə bilən bu an dərin simvolik məna daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev qurucu üzv dövlət kimi Sülh Şurasının təsis iclasında iştirak edir. Sülh Şurasının Təsisçi Sədri kimi Prezident Donald Tramp bir daha Azərbaycan-Ermənistan sülh gündəliyini vurğuladı", - paylaşımda qeyd olunub.
 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin