Bakıda beynəlxalq konfrans KEÇİRİLİR

Hazırda oxunan: Bakıda beynəlxalq konfrans KEÇİRİLİR

596905

Bakda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “C6: Vahid region, ortaq gələcək strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.

Bizim.Media xəbər verir ki, konfrans çərçivəsində “Dialoqdan dayanıqlı mexanizmlərə: C6 əməkdaşlığının gələcəyi”, “Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf”, həmçinin “Qlobal qeyri-sabitlik şəraitində C6 regional təhlükəsizliyi” mövzularında panel müzakirələrinin keçirilməsi nəzərdə tutulub.
 

Tədbirdə C6 formatına üzv ölkələrin aparıcı beyin mərkəzlərini təmsil edən ekspertlər, analitiklər və tədqiqatçılar iştirak edirlər.


Konfransın məqsədi C6 çərçivəsində strateji dialoqun dərinləşdirilməsi, ortaq yanaşmaların formalaşdırılması və regionun dayanıqlı inkişafına töhfə verəcək əməkdaşlıq mexanizmlərinin təşviq edilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin