Paşinyandan ermənilərin katolikosuna AĞIR ZƏRBƏ – Revanşistlərin son dayağı belə MƏHV EDİLİR

Hazırda oxunan: Paşinyandan ermənilərin katolikosuna AĞIR ZƏRBƏ – Revanşistlərin son dayağı belə MƏHV EDİLİR

596571

Ermənistanda baş nazir Paşinyanla bütün ermənilərin katolikosu II Qaregin arasında uzun müddətdir gedən qarşıdurma tədricən məntiqi sonluğa çatmaq üzrədir. Artıq II Qareginə qarşı cinayət işi açılıb. Onun əsasında da ermənilərin dini liderinin ölkəni tərk etməsinə qadağa qoyulub.

Bu barədə məlumat verən vəkil Ara Zoqrabyan qeyd edib ki, həmin addım keşiş Arman Saroyanla bağlı məhkəmə aktının icrasına mane olmaq barədə ittihamla əlaqəlidir.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan gözlənilən açıqlama gəldi: Ermənistan Moskva ilə qarşıdurmada Qərbin alətinə çevrilir


Görəsən, Paşinyan seçkiöncəsi revanşistlərin son dayağını sıradan çıxara biləcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirir ki, katolikosa qarşı açılan cinayət işi seçkilərə qədər öz məntiqi sonluğuna çatacaq:

“Ermənistanda iyunun 7-də parlament seçkiləridir. Bu seçkilər öncəsi xüsusən də Rusiya tərəfindən Paşinyana qarşı müxalif cəbhənin formalaşdırılmasına cəhdlər edilir. Əslində bu proses uzun müddədir ki, gedir. Rusiya bu istiqamətdə müxtəlif kartlardan istifadə etsə də, bu günə qədər istəyinə nail ola bilməyib. 

Buna baxmayaraq, həmin cəhdləri hələ də davam etdirir. Bu dəfə əsas diqqəti də kilsə üzərinə yönəldiblər. Həmin prosesdə əsas rolu katolikos II Qaregin oynayır. Ötən ildən başlayaraq, Paşinyan Qareginin ətrafındakı 12 din xadimini həbs etdirib. İndi də II Qareginin özünə qarşı cinayət işi açılır ki, radikalların Paşinyana qarşı olan son dayaqları da sıradan çıxarılsın”.

Deputatın fikrincə, hökumətin atdığı addımların nəticəsi olaraq ölkənin siyasi və dini camiyəsində Paşinyana ciddi rəqib ola biləcək siyasi fiqurlar artıq faktiki olaraq səhnədə yoxdur:

“Paşinyan bu prosesi sona qədər davam etdirəcək. Bu mənada katolikosa qarşı açılan cinayət işi də öz məntiqi sonluğuna çatacaq. Erməni kilsəsi həm Rusiya tərəfindən, həm də xaricdəki erməni lobbisi tərəfindən idarə olunur. Paşinyan isə bütün bu təsirləri faktiki olaraq sıradan çıxarır. Paşinyan katolikosla mübarizədən də qalib çıxacaq və növbəti dəfə hökuməti formalaşdırmaq imkanı əldə edəcək”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin