Səfirliyin divarları arxasında: Emin Hüseynov dosyesi

Hazırda oxunan: Səfirliyin divarları arxasında: Emin Hüseynov dosyesi

596533

Azərbaycanın son illərdə qazandığı uğurlar bir sıra xarici qüvvələrin qısqanclığına səbəb olub. Bu səbəbdən onlar, xaricdə xüsusi xidmət orqanlarının əli ilə ölkəmizə qarşı qarayaxma kampaniyasına start veriblər. Onlar öz məqsədlərinə nail olmaq üçün illər əvvəl ələ aldıqları agentlərini işə salıblar. 

Həmin agentlərdən biri də Emin Hüseynovdur...

Özlərini aktivist, jurnalist kimi təqdim edən “Hüseynova bacıları”nın böyüyü olan Eminin 12 il əvvəlki sərgüzəştləri hələ də unudulmayıb. 

2014-cü ildə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Emin Hüseynov barəsində həbs qətimkan tədbiri seçildi. İttihamlar iqtisadi xarakter daşıyırdı: qeydiyyatsız qrantlar, qanunsuz sahibkarlıq fəaliyyəti, milyonlarla manatlıq dövriyyə və yüz minlərlə manat vergi öhdəliyi.

Rəsmi istintaq sənədlərində göstərilən rəqəmlər konkret idi: 

- 1 575 956 manatlıq gəlir; 

- 247 551 manat ödənilməmiş vergi.


Bunlar hüquqi sənədlərdə öz əksini tapan faktlardır. Lakin hadisələrin sonrakı inkişaf trayektoriyası Emin Hüseynov dosyesini iqtisadi cinayət çərçivəsindən çıxardı. 

10 ay diplomatik missiyada: hüquqi presedent, yoxsa siyasi qərar?

İttihamların elanından dərhal sonra Emin Hüseynov ictimai müstəvidən “itdi”. Törətdiyi cinayətlərə görə həbs olunacağını anlayan Emin Hüseynov birdən-birə imicini tamamilə dəyişərək saçını rəngləyib, qadın paltarı geyinib. Hətta onu tanıyıb-tanımayacaqlarını müəyyənləşdirmək üçün bir müddət qadın kimi maskalanaraq küçələri də dolaşıb. Qarşı cinsdən seçilmədiyini görəndə isə üz tutub birbaşa İsveçrə səfirliyinə. 2014-cü ilin avqustundan başlayaraq 10 ay müddətində Emin Hüseynov İsveçrə səfirliyində gizlənib. 

Qısa müddət sonra onun İsveçrənin Bakıdakı səfirliyinə qaçdığı məlum oldu. Emin Hüseynovun İsveçrə səfirliyindəki həyatı düz 10 ay davam etdi.

Vergi cinayətləri törətmiş, dondan-dona girən birinə xarici ölkənin bu cür diqqət ayırması, 10 ay gizlədib, sonra da yüksək vəzifə tutan XİN rəsmisi vasitəsilə ölkədən çıxarması ilk baxışdan təəccüblü görünə bilər. Ancaq bu xarici xüsusi xidmət orqanlarının öz oyuncaqlarını qorumaq planının bir hissəsi idi. Çünki Emin Hüseynov illər boyu onlara xidmət etmiş, Azərbaycanda xarici kəşfiyyat orqanlarının “marionetka”sı kimi fəaliyyət göstərmişdi.

Yəni, Emin Hüseynov “səfirlik sərgüzəştləri”ndən illər əvvəl xarici xüsusi xidmət orqanları tərəfindən “verbovat” olunmuşdu. 

Sual yaranır:

- Sadə vergi işi üçün niyə bu səviyyədə beynəlxalq müdaxilə reallaşdırıldı?

- Nə üçün diplomatik resurslar konkret bir şəxsə görə səfərbər olundu?

- Bu addım humanitar jest idi, yoxsa siyasi qoruma mexanizmi?

Bu suallar cavabsız qalsa da, baş verənlər hadisəni sıravi iqtisadi cinayət işindən daha geniş geosiyasi kontekstə daşıdı.

Xarici əlaqələr və informasiya müstəvisi

Emin Hüseynovun xarici fond və strukturlarla intensiv əməkdaşlıq etdiyi faktlarla sübut olunub.

Üstəlik, onun fəaliyyəti QHT sektoru ilə məhdudlaşmayıb:

- Xarici fondlarla intensiv maliyyə əlaqələri mövcud olub;

- Beynəlxalq platformalarda anti-Azərbaycan məzmunlu, koordinasiyalı çıxışlar edib;

- Azərbaycanla bağlı kampaniyalarda fəal iştirakı ilə fərqlənib.

Ailə faktoru və xüsusi xidmət iddiaları

Emin Hüseynovun həyat yoldaşı Sarah Paulsworthun xarici xüsusi xidmət strukturları ilə əlaqəli olduğu, müxtəlif regionlarda əməliyyat fəaliyyətində iştirak etdiyi bildirilir. Məhz onun vasitəsilə xüsusi xidmət orqanları Emini ələ alaraq öz şəbəkələrinin oyuncağına çeviriblər. 

Bu isə Emin Hüseynov işini adi iqtisadi cinayət müstəvisindən çıxarır. Artıq dövlət suverenliyi, informasiya təhlükəsizliyi və beynəlxalq təsir mexanizmləri əsas debat predmetidir. 

Suallar isə sadədir:

- Əgər məsələ sırf iqtisadi cinayət idisə, diplomatik müdaxilə nəyə görə zərurətə çevrildi?

- Əgər məsələ siyasi xarakter daşıyırdısa, proses niyə qapalı və qeyri-şəffaf şəkildə aparıldı?

Bu suallar indi - 12 il sonra da cavabsız qalır...

Ancaq bir məsələ dəqiqdir: Emin Hüseynov işi artıq fərdi, iqtisadi cinayət dosyesi deyil – o, narrativlərin toqquşduğu siyasi simvoldur

Ortada isə bir fakt var: 10 ay səfirlikdə qalan və diplomatik müşayiətlə ölkədən çıxarılan bir şəxs...

Xəyanətin etirafı 

Göründüyü kimi, həyat yoldaşı vasitəsilə ələ alınan Emindən bir müddət Azərbaycanda istifadə olunub, əməyinin qarşılığı kimi isə külli miqdarda qrantlar hədiyyə edilib. Vergi cinayətləri törətdiyi üzə çıxanda isə sevimli agentlərinə öz “isti qucaq”larını açıblar. Çünki Eminin missiyası hələ bitməmişdi, o yenə də xarici xüsusi xidmət orqanlarına lazım idi. 

İndi də onlar Eminin, o cümlədən qardaşı Mehmanın xidmətlərindən geninə-boluna istifadə edirlər. Saranın agentlik fəaliyyətləri, Mehmanın xarici xüsusi xidmət orqanlarının aləti olduğunu etiraf etməsi də bunun əyani sübutudur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin