"Biz hərbi-texniki əməkdaşlığı müzakirə etdik. Əməkdaşlıq yaxşı gedir".
Bizim.Media xəbər verir ki, bunu Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə iki ölkə arasında mətbuata bəyanatlarla çıxışında deyib.
"Xarici işlər nazirliklərimiz səviyyəsində məsləhətləşmələr aparılır. Razılaşmalar və daimi dəstək göz qabağındadır. Hətta ən çətin məsələlərdə Serbiya Azərbaycanın tərəfində olub və onlar da bizə dəstək veriblər. Gələcəkdə də bu, belə olacaq. Biz çox ağır məsələləri həll etmişik. Biz Prezident Əliyevin sözlərinə tam inanırıq. Düşünürəm ki, o, həmçinin bizim ölkəyə eyni hisslərlə səmimi yanaşır. Biz bu münasibəti olduğu kimi davam etdirəcəyik", - Aleksandar Vuçiç deyib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
21:38 / 15.02.2026
Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO
Hazırda oxunan: Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO
Hazırda oxunan: Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO
596434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































