Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadeful ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi "X" hesabında paylaşım edilib.
Müzakirələr Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin inkişafına, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, yaşıl keçid, ticarət, nəqliyyat və humanitar əməkdaşlığa həsr olunub.
Regional inkişaflar, Ermənistan-Azərbaycan normallaşma prosesi, münaqişədən sonrakı bərpa səyləri də müzakirə edilib.

Bizim.Media
































































































