Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.
Bizim.Media xəbər verir ki, Zelenski dövlətimizin başçısı ilə görüşünə dair “X” hesabında paylaşım edib.
“Mən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm .Ona enerji sistemindəki ümumi vəziyyət və Rusiyanın enerji infrastrukturu obyektlərinə zərbələrinin nəticələri barədə məlumat verdim. Son enerji dəstəyi paketinə görə minnətdaram. İkitərəfli münasibətlərin inkişafı və Azərbaycanın maraqlı olduğu enerji sektorunda layihələrin həyata keçirilməsi məsələlərini müzakirə etdik.
Həmçinin sülhə nail olmağa yönəlmiş danışıqlar prosesinə diqqət yetirdik. Ukrayna həmişə ləyaqətli sülhə nail olmağa kömək edə biləcək səyləri konstruktiv şəkildə dəstəkləyir. Müharibənin hələ də davam etməsinin yeganə səbəbi Rusiyanın ona son qoymaq istəməməsidir”, - Ukrayna lideri qeyd edib.

Bizim.Media

- A-
- A
- A+
Siyasət
19:54 / 14.02.2026
İlham Əliyev və Zelenskinin müzakirə etdiyi məsələlər AÇIQLANDI - FOTO
Hazırda oxunan: İlham Əliyev və Zelenskinin müzakirə etdiyi məsələlər AÇIQLANDI - FOTO
Hazırda oxunan: İlham Əliyev və Zelenskinin müzakirə etdiyi məsələlər AÇIQLANDI - FOTO
596272
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































