İlham Əliyev: “Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq”

Hazırda oxunan: İlham Əliyev: “Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq”

596163

“Tarixi sənədin Ağ Evdə Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə imzalanması o deməkdir ki, münaqişə bitib və biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə “France 24” telekanalının müxbirinə müsahibəsində deyib.

ABŞ Prezidentinin Birgə Bəyannaməni şahid qismində imzaladığını xatırladan dövlətimizin başçısı qeyd edib ki, o vaxtdan bəri altı aydan çox müddət keçib və bizim Ermənistanla sərhəddə vəziyyət çox sakitdir. Artıq atəş açılmır, qurban vermirik, yaralananlar olmur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin