Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-nin "Oracle" korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşüb.
Bizim.Media xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə texnoloji transformasiya və süni intellekt sahələrinin inkişafı üzrə həyata keçirilən siyasətə toxunuldu, bu xüsusda "Oracle" korporasiyası ilə əməkdaşlığın genişləndirməsində qarşılıqlı marağın olduğu bildirildi və tərəfdaşlığın perspektivləri ilə bağlı artıq çərçivə razılaşmasının əldə edildiyi vurğulanıb.
"Oracle" şirkətinin Azərbaycanda dövlət və özəl müəssisələrə bir sıra xidmətlərin göstərilməsi ilə bağlı uzunmüddətli əməkdaşlıq məsələləri müzakirə olundu. Azərbaycanın müxtəlif aparıcı ali təhsil müəssisələrində üç "Oracle" akademiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə, eyni zamanda, Azərbaycan-ABŞ siyasi əlaqələrinin yüksək səviyyədə olduğu qeyd edildi, bu xüsusda "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının əhəmiyyətinə toxunuldu. Həmin sənəddə də ölkələrimiz arasında süni intellekt sahəsinin prioritet istiqamət kimi əks olunduğu vurğulanıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
22:16 / 13.02.2026
İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb
Hazırda oxunan: İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb
Hazırda oxunan: İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb
596131
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































