Vensin Azərbaycana səfəri ilə bağlı Pol Qobldan AÇIQLAMA – EKSKLÜZİV

Hazırda oxunan: Vensin Azərbaycana səfəri ilə bağlı Pol Qobldan AÇIQLAMA – EKSKLÜZİV

595821

“Strateji tərəfdaşlığın rəsmiləşdiirlməsi Vaşinqton və Bakı arasında münasibətlərin inkişafı üçün yeni yol açır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Pol Qobl deyib.

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin Ermənistana və Azərbaycana səfərini şərh edən Qobl, Cənubi Qafqaz ölkələri ilə ABŞ arasında yeni körpülərin inşa edildiyini deyib.

Bakıda, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın önəminə toxunan analitik, münasibətlərin yeni mərhələyə keçdiyini deyib:

“Tərəfdaşlıq Vaşinqton və Bakı arasında münasibətlərin genişləndirilməsi üçün yeni yol açır. Bu genişlənmənin konkret olaraq hansı formada olacağı hələlik dəqiq deyil. Məncə, TRIPP dəhlizinin (Zəngəzur dəhlizi) təşviqinin davam etdirilməsi ilə bağlı öhdəlikdən kənarda, ən mühüm və dərhal diqqətçəkən addım ABŞ-ın Azərbaycana sahil mühafizəsi üçün hərbi-dəniz gəmiləri satmaq planıdır. Bu addım iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək”.

Qobl əlavə edib ki, yalnız neft-qaz ölkəsi olması deyil, eyni zamanda strateji coğrafiyada yerləşməsi Azərbaycanın önəmini artırır.

“Azərbaycan regional aktor kimi də mühüm əhəmiyyət daşıyır. Onun yürütdüyü siyasət Tramp Administrasiyasının təşviq etmək istədiyi bir çox istiqamətlə üst-üstə düşür. Bunlara İsrail ilə müsəlman ölkələri arasında əlaqələrin gücləndirilməsini misal göstərmək olar”, - deyə P.Qobl əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin