Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub.
Bizim.Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-ın Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Vitse-prezident Ceyms Devid Vensə raport verdi.
Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezident Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçdi.
Sonda rəsmi foto çəkdirildi.









Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:58 / 10.02.2026
ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ - FOTO/VİDEO
Hazırda oxunan: ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ - FOTO/VİDEO
Hazırda oxunan: ABŞ Vitse-prezidentinin Bakıda QARŞILANMA MƏRASİMİ - FOTO/VİDEO
595533
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































