Paris görüşündən nəticə gözləmirlər...

Hazırda oxunan: Paris görüşündən nəticə gözləmirlər...

59539
Rusiyanın Cənubi Qafqazda  maraqları tam təmin olunmayanadək Qarabağ münaqişəsinin həlli mümükün deyil. 
Bu fikri  politoloq Sülhəddin Əkbər  Azərbaycan və ermənistan prezidentrlərinin bu gün Parisdə keçriləcək görüşü ilə bağlı mövqeyini  Moderator.az-a açıqlayarkən deyib.
 
Onun sözlərinə görə,  bölgədə, həm Azərbaycanda, həm Ermənistanda  nə qədər ki, Rusiyanın hərbi-siyasi  təsiri dominant rol oynayır,  bu münaqişənin həlli mükün  deyil:

 “Bu münaqişənin həlli ancaq hər iki ölkə Putin Rusiyasının layihələrinə tam şəkildə qoşulduğu halda mümkün ola bilər. Bu isə Ermənistanı demirəm, Azərbaycanın milli maraqlarına, müstəqilliyinə, ərazi bütövlüyü prinsiplərinə ziddir. O baxımdan belə görüşlərin harada keçirilməsindən, Vaşınqtonda və yaxud Parisdə keçirilməsindən asılı olmayaraq nəticəsi olmayacaq. Sadəcə Qərb Ukrayna böhranından  sonra  anlayır ki,  postsovet məkanındakı münaqişələr nəinki Avropaya, eyni zamanda qlobal təhlükəsizliyə ciddi təhdiddir və istənilən vaxt alovlana bilər. Ona görə də çalışırlar ki,  bu konfliktlərin həllində səylərini artırsınlar  və bu yolla təşəbbüsü Rusiyanın alindən alamağa çalışırlar. Ancaq mövcud geopolitik konyukturada bu mümkün görünmür.”
S. Əkbər bu gün  Xankəndində iki azərbaycanlı əsir üzərində məhkəmənin  başlanmasını da elə prezidentlərin Paris  görüşünə bir mesaj hesab edir:

 “Yəni Rusiya Paris görüşündən xoşhal olmadığından, məhkəmənin bu günə salınmasını görüşdə bir neqativ ab-hava yaratmağa yönəlib.”

Millət vəkili Fazil Mustafa da prezidentlərin Paris görüşündən nəticə gözləmədiyini bildirdi:

 “Çünki beynəlxalq  aləmdə elə bir ciddi situyasiya və ya dəyişiklik yaranmayıb ki, bu görüşdən nəsə müsbət nəticə gözləmək olsun.”
 Millət vəkilinin fikrincə, bu məsələnin həllində o zaman yenilik gözləməyə dəyər ki, o vaxt Rusiya ilə ABŞ arasında münaqişələrin həlli ilə  bağlı  mövqelərdə dəyişiklik olsun:
 
“Bu gün bu iki ölkə arasında  çox böyük problemlər  yaşandığından  münaqişələrin  həlli istiqamətində  nəyinsə baş verəcəyini  gözləməyə dəyməz. O baxımdan bu görüş formal xarakter daşıyacaq. Düzdür,  bu görüşdə Azərbaycan prezidenti ölkəmizin maraqlarını ciddi şəkildə növbəti dəfə ortaya qoyacaq, amma danışıqlarda irəliləyiş gözləmirəm. Danışıqlarda  yeniliyin olması üçün ABŞ-la Rusiya arasında  münaqişələrə baxışda  dəyişiklik olmalıdır. Bu dəyişiklik baş verməyənədək nəsə gözləməyə dəyməz.”
Millət vəkili azərbaycanlı əsirlər üzərində məhkəmənin prezidentlərin Paris görüşünə bir mesajın olduğu qənaətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin