Müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” SƏRGİSİNDƏ - FOTO

Hazırda oxunan: Müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” SƏRGİSİNDƏ - FOTO

595372

Fevralın 8-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın aparıcı müdafiə sənayesi tədbirlərindən biri olan “World Defence Show 2026” beynəlxalq sərgisi öz işinə başlayıb. Tədbirdə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Müdafiə Sənayesi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, sərgidə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus 127 adda, həmçinin Azərbaycanın “6LSystems”, “RD Smart”, “Q-STP”, “Synapline”, “USH Group” və "İTX Motors" şirkətlərinin 53 adda müasir hərbi məhsulları nümayiş olunur.
 

Ən son hərbi texnologiya, avadanlıq və sistemlərin təqdim edildiyi “World Defence Show 2026” sərgisinə 76-dan çox ölkədən 773-dən artıq şirkət və 441-dən çox rəsmi nümayəndə heyəti qatılıb. Tədbirdə 106 mindən çox ziyarətçinin iştirak edəcəyi gözlənilir.


Sərgi çərçivəsində nazir V. Mustafayev Slovakiya Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak ilə görüşüb. Görüş zamanı iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Memorandum imzalanıb.

V.Mustafayev, həmçinin Malayziyanın müdafiə naziri Dato Seri Haji Mohamed Khaled Nordin ilə də görüşüb. Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri, texnoloji tərəfdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, “World Defence Show 2026” sərgisi fevralın 12-də başa çatacaq.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin