“Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır” - İlham Əliyev

Hazırda oxunan: “Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır” - İlham Əliyev

595341

“Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Onlardan 10-u Avropa İttifaqının üzvü, 11-i isə eyni zamanda NATO-nun üzvüdür”.
 

MÖVZU İLƏ BAĞLI: 

"META" və "Apple"in rəhbər şəxsləri İlham Əliyevin qəbuluna gəldilər - FOTO/VİDEO


Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Prezident qeyd edib ki, həmin ölkələr üçün hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir:

“Biz bütün öhdəliklərimizi yerinə yetiririk və siyasi gündəliyi heç zaman biznes ilə qarışdırmırıq və bu, bizim üçün qlobal enerji bazarında beynəlxalq fəaliyyətimizi genişləndirmək üçün yaxşı fürsətdir. Artıq müzakirə etdiyimiz daşımalar layihələri region üçün böyük imkanlar yaradır. Çünki biz 30 il ərzində Ermənistanın təcavüzünə və işğalına məruz qalma faktına baxmayaraq, Azərbaycan məhz ərazilərinin azad olunması, güc və siyasət vasitəsilə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra birinci addım atdı və 2025-ci il avqustun 8-də Prezident Trampın köməyi ilə sülh quruldu”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin