Paşinyan 1991-ci il razılaşması deyəndə hansı sərhədləri nəzərdə tutur? – Fikrət Sadıxovun ŞƏRHİ 

Hazırda oxunan: Paşinyan 1991-ci il razılaşması deyəndə hansı sərhədləri nəzərdə tutur? – Fikrət Sadıxovun ŞƏRHİ 

59507

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki son çıxışında delimitasiya və demarkasiya ilə bağlı 1991-ci il razılaşmasını dilə gətirib. Onun fikirncə, MDB yaradılarkən, müstəqil dövlətlər müəyyən sənədə qol çəkib bu quruma üzv qəbul olunub və o zaman bu sənəddə sərhədlərin delimitasiya məsələsi özündə ehtiva edib. Ermənistan baş nazirinin bu çıxışı erməni siyasətçilər tərəfindən də birmənalı qarşılanmayıb. Buna Azərbaycan tərəfinin də öz yanaşması var. 

Bəs Paşinyan hansı siyasi gedişi edib və bu xatırlatmasının arxasında nələr gizlənir?

“İlk baxışdan, bunu Azərbaycan üçün güzəştli göstərməyə çalışır. Əslində isə sərhədlərin o vaxtkı bölünməsi Bakını qane etməməlidir”, - deyə politoloq Fikrət Sadıxov əsas səbəblərdən biri kimi 1991-ci ildə I Qarabağ müharibəsinin getdiyini diqqətə çatdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Tehran anlayır ki, Azərbaycansız mümkün deyil” – Fikrət Sadıxovun ŞƏRHİ


Bizim.Media-ya danışan professor bildirib ki, o vaxtlar delimitasiya gündəmdə olmayıb. Belə ki, sovet dövrünün sərhədləri olsa da, həmin sərhəd xətləri İrəvan tərəfindən pozulmuş, Azərbaycana qarşı təcavüz edilirdi:

“Separatçı rejim Azərbaycanın tərkibindən çıxmaq məsələsini qoydu. Əvvəl dedilər ki, Miatsum formasında Ermənistana birləşdirilsin (söhbət Qarabağın dağlıq hissəsindən gedir), sonradan müstəqil dövlət olmaq istədilər. Savaş başladı.

Paşinyan o vaxtkı sərhədləri öz maraqları çərçivəsində nəzərdə tutursa, təbii ki, bu bizi heç vaxt qane edə bilməz. Biz SSRİ illərində müəyyən xəritələr var idi – separatçılıq hələ başlamazdan əvvəlki sərhədləri nəzərdə tuturuq və bərpasını istəyirik. Çünki o xəritələrdə Ermənistanın nəzarət etdiyi bir çox ərazilər Azərbaycana aiddir. Əsas məsələ budur”.

Fikrət Sadıxovun fikrincə, Azərbaycana bu cür qara yalanı yaxmaq əsassızdır. Yəni, ermənilərin “ideya” sırımaq cəhdi baş tutmayacaq. 

- Paşinyan 1991-i qabardırsa, Azərbaycan 1993 BMT qətnamnələri ilə cavab verə bilməzmi? Halbuki, 44 günlük savaşda o qətnamələri özümüz icra etdik.

“Paşinyanın tam olaraq nəyi nəzərdə tutduğunu bilməsəm də, hər halda 1992-ci ildə Azərbaycan Qarabağın dağlıq hissəsi ilə birgə BMT-nin üzvlüyünə qəbul olunub. Bu tarixi və hüquqi bir faktdır. Ermənistan bunu nəzərə almalıdır. Müharibə dövründəki sərhədlərlə bizə yalan yaxdırmasınlar. Çünki onların qaldırdıqları tarix və hüquqdan uzaq məsələdir”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin