"İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" dəyişdi - FƏRMAN

Hazırda oxunan: "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" dəyişdi - FƏRMAN

594855

"İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası"nda dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra sənaye məhəllələrinin rezidentlərinin investisiya təşviqi sənədi almaq üçün təqdim etdiyi strateji investisiya layihələrində minimal dəyəri 1 milyon manat olmalıdır.

Həmçinin ölkə Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə həyata keçirilən strateji investisiya layihələrini təqdim edən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədi 2023-cü il yanvarın 1-dən 6 il ərzində verilir.

İqtisadiyyat Nazirliyi fərmandan irəli gələn məsələləri həll etməlidir.

Dəyişikliklə bağlı daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin