BMT-də Azərbaycanın sülh təşəbbüsləri müzakirə olunub - FOTO

Hazırda oxunan: BMT-də Azərbaycanın sülh təşəbbüsləri müzakirə olunub - FOTO

594702

Fevral 7-dək davam edəcək Ümumdünya Dinlərarası Harmoniya Həftəsi çərçivəsində Azərbaycan nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında təşkil olunan yüksək səviyyəli paneldə iştirak edib.

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, paneldə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyə verdiyi töhfələrdən, eləcə də “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoq sahəsində qlobal platforma kimi rolundan danışıb.


Səfər çərçivəsində nümayəndə heyəti BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Filip Pauler, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos və qurumun direktoru Nihal Saad, həmçinin BMT Qadınlar Təşkilatının baş direktorunun müavini Nyaradzayi Gumbonzvanda ilə görüşlər keçirib.

Görüşlərdə gənclər və qadınların mədəni proseslərdə iştirakı, eləcə də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin