“2026-cı il Zayed İnsan Qardaşlığı mükafatlarının başda mükafatların sahibləri olmaqla hamımız üçün xeyirli olmasını diləyirəm. Builki mükafatlara layiq görülən Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Ermənistanın Baş naziri cənab Nikol Paşinyanı ürəkdən təbrik edirəm”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına təbrik videomüraciətində bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Əbu-Dabidə Paşinyanla geniş tərkibdə görüşü KEÇİRİLDİ - FOTO/VİDEO
“Davamlı sülhün bərqərar olması yolunda həm İlham Əliyev qardaşımın atdığı cəsur addımları, həm də cənab Paşinyanın ortaya qoyduğu qətiyyətli iradəni son dərəcə əhəmiyyətli hesab etdiyimi xüsusilə vurğulamaq istəyirəm.
Məqsədi, əhatə dairəsi, məzmunu və ruhu üzərində iki tərəfin də razılıq əldə etdiyi razılaşmanın qüvvəyə minməsi ilə Qafqazın gələcəyində yeni bir səhifənin açılacağına inanıram”, - Ərdoğan deyib.
Bizim.Media





























































































