AMİP sədri: “Proporsional seçki sisteminin bərpa olunmasının tərəfdarıyıq”

Hazırda oxunan: AMİP sədri: “Proporsional seçki sisteminin bərpa olunmasının tərəfdarıyıq”

59450

“Biz uzun müddətdir ki, parlamentin fərqli prinsiplərlə formalaşdırılmasının tərəfdarıyıq. Bu məsələdə bizim həm şifahi, həm də yazılı təkliflərimiz ondan ibarət olub ki, 2002-ci ildə Konstitusiyaya edilən dəyişikliklərlə ləğv olunan proporsional seçki sistemini bərpa olunmalıdır. Biz parlamentin proposional seçki sistemi ilə təşkil olunmasının tərəfdarıyıq. Bu prinsiplə formalaşan parlamentin daha effektiv olacağını düşünürük”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Deputatların əksəriyyəti müharibə vaxtı mövqesizlik göstərdi” – AMİP SƏDRİ


Belə ki, Milli Məclisin daha effektiv fəaliyyət göstərməsi üçün hansı yeniliklərə ehtiyac olması ilə bağlı fikirlərini bölüşən AMİP sədri siyasi partiyaların proposional qaydada təmsilçiliyinin parlamentdə fərqli mühit formalaşdıra biləcəyini qeyd edib.

Arzuxan Əlizadə parlamentin say tərkibinin artırılmasının önəminə də toxunub:

“Hazırki parlament 1995-ci il Konstitusiyası əsasında formalaşıb. O zaman Azərbaycan əhalisi 7 milyon idisə, indi bu say 10 milyonu keçib. Qonşu ölkələrlə analogiya aparsaq, əhalisinin sayı bizdən 3 dəfə az olan ölkələrin parlamentində 150 nəfərin təmsil olunduğunu görə bilərik”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin