Ermənistan Azərbaycanla sülhə mane olan sənədin mətnini dəyişir

Hazırda oxunan: Ermənistan Azərbaycanla sülhə mane olan sənədin mətnini dəyişir

594430

Ermənistanın yeni konstitusiyasının mətni növbəti 6 ay ərzində hazır olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Srbuhi Qalyan mətbuat konfransında bildirib.
 

Onun sözlərinə görə, Konstitusiya mətninə son baxışı mart ayına planlaşdırılıb və müəyyən edilmiş son tarix yenidən nəzərdən keçirilməyəcək.


"Əvvəllər müəyyən edilmiş son tarixlərdən yayınmayacağıq. O vaxta qədər mətn hazır olacaq və dərc edəcəyik".

Nazir yeni konstitusiyada idarəetmə formasında dəyişiklik nəzərdə tutulmadığını deyib. Ermənistan parlament respublikası olaraq qalacaq.

Srbuhi Qalyan həmçinin jurnalistlərə bildirib ki, konstitusiya referendumunun vaxtı hələ müəyyən edilməyib, lakin bu, iyun ayında keçiriləcək parlament seçkilərindən sonra baş tuta bilər.
 

Xatırladaq ki, 1995-ci il iyulun 5-də qəbul edilmiş Ermənistan konstitusiyası sülhə ən böyük maneə sayılır. Belə ki, ali qanunun mətnində Azərbaycana ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad olunur.


Azərbaycan dəfələrlə rəsmi İrəvana bu məsələ ilə bağlı konstitusiyasında dəyişiklik etməsinin vacibliyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin