Azərbaycanla Serbiya arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycanla Serbiya arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ - FOTO

594333

Bakıda fevralın 3-də Azərbaycanla Serbiya arasında çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Serbiya tərəfindən isə dövlət katibi Nevena Yovanoviç başçılıq ediblər.

Siyasi məsləhətləşmələr zamanı, dəyişən geosiyasi reallıqlar kontekstində hər iki ölkənin xarici siyasət prioritetləri, qarşılıqlı maraq doğuran beynəlxalq və regional proseslər, habelə əsas çağırışlar barədə ətraflı fikir mübadiləsi aparılıb.
 

Görüşdə, həmçinin strateji tərəfdaşlıq münasibətlərinə malik iki ölkə arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, iqlim dəyişmələri ilə mübarizə və digər sahələr üzrə çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.


Aparıcı regional və qlobal tərəfdaşlarla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı, qlobal platformalar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində təşəbbüs və namizədliklərə qarşılıqlı dəstəyin verilməsi məsələlərinə xüsusi yer ayrılıb.

Tərəflər çoxtərəfli formatlar çərçivəsində hər iki ölkə üçün prinsipial əhəmiyyət daşıyan xarici siyasət məsələlərində qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin