Ali Məclisin İntizam komissiyasının ilk iclası KEÇİRİLDİ

Hazırda oxunan: Ali Məclisin İntizam komissiyasının ilk iclası KEÇİRİLDİ

594317

Fevralın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının birinci iclasında yaradılan İntizam komissiyasının ilk iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclasa sədrlik edən komissiyanın üzvü Gülşad Rüstəmova bildirib ki, komissiyanın ilk iclasının gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il üçün İntizam komissiyası sədrinin, sədr müavininin və katibinin seçilməsi məsələsi daxildir. 

Qeyd olunub ki, Ali Məclisin 2 fevral 2026-cı il tarixli qərarı ilə İntizam komissiyası yaradılıb və komissiyanın 5 üzvdən ibarət tərkibi təsdiq edilib. 

Sonra Gülşad Rüstəmova İntizam komissiyasının sədri vəzifəsinə komissiyanın üzvü Məmməd Məmmədovu təklif edib.

Gündəlikdə duran məsələ ilə əlaqədar qərar səsə qoyulub, Məmməd Məmmədov İntizam komissiyasının sədri seçilib.
 

İclasda həmçinin İntizam komissiyasının sədr müavini vəzifəsinə komissiyanın üzvü Vüsal Məmmədzadənin, katibi vəzifəsinə isə komissiyanın üzvü Nuray Əliyevanın namizədlikləri irəli sürülüb.


Məsələ ilə əlaqədar qərar səsə qoyularaq qəbul olunub.

Bununla da iclas öz işini başa çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin