"Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

Hazırda oxunan: "Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

594138

“Rusiya XİN üçün Azərbaycanda saxlanılan rusiyalıların vətənə qayıtması prioritetdir və bu məsələ rəsmi Bakı ilə əlaqələrdə müzakirə olunur”.

Bizim.Media xəbər verir ki, bunu 2025-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunları üzrə  mətbuat konfransında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov qeyd edib.
 

“2025-ci ilin iyunun 30-dan iyulun 1-dək Bakıda saxlanılmış bütün Rusiya vətəndaşlarının tezliklə azad olunması və evə qayıtması bizim şərtsiz prioritetimizdir. Azərbaycan tərəfi ilə əlaqələrdə bu problemin dərhal həll olunmasının zəruriliyini mütəmadi olaraq qaldırırıq”, - deyə Rusiya XİN başçısı bildirib.


Bildirilib ki, Bakı təcridxanasında hələ 11 nəfər qalır və onların azad edilməsi variantları Rusiya hüquq-mühafizə orqanları və digər strukturlarla birlikdə işlənir:

“Biz bu vəziyyəti xüsusi nəzarətdə saxlayırıq. Rusiya səfirliyinin əməkdaşları Azərbaycanda rusiyalıları bir neçə dəfə (2025-ci il, 3 iyul, 14 iyul, 23 iyul və 20 avqust) Bakı istintaq təcridxanasında ziyarət edib və onların yaxınları ilə əlaqəni davam etdirirlər. Növbəti konsulluq girişi vətəndaşlarımıza 2025-ci il dekabrın 30-da təmin olunub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin