Milli Məclis Beynəlxalq Əmək Təşkilatının Konvensiyasını ratifikasiya edib.
Bizim.Media xəbər verir ki, Milli Məclisin bugünkü iclasında Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
2006-cı il iyunun 15-də Cenevrə şəhərində qəbul edilən "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiya Preambula və 14 maddədən ibarətdir.
Bu Konvensiyanı ratifikasiya edən hər bir üzv istehsalatda əmək xəsarətlərinin, peşə xəstəliklərinin və bununla bağlı ölüm hallarının qarşısının alınması üçün işəgötürənlərin və işçilərin ən çox təmsil olunduğu təşkilatlar ilə məsləhətləşmələr əsasında milli siyasət, milli sistem və milli proqramları hazırlamaqla əməyin təhlükəsizliyi və gigiyenasının davamlı olaraq təkmilləşdirilməsini təşviq edir və Beynəlxalq Əmək Təşkilatının (BƏT) sənədlərində müəyyən edilmiş prinsipləri nəzərə almaqla əməyin təhlükəsizliyi və gigiyenasına dair milli sistem və milli proqramlar vasitəsilə fəal tədbirlər görür.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:16 / 02.02.2026
Azərbaycan yeni konvensiyaya QOŞULUR
Hazırda oxunan: Azərbaycan yeni konvensiyaya QOŞULUR
Hazırda oxunan: Azərbaycan yeni konvensiyaya QOŞULUR
594048
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































