Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Hazırda oxunan: Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

593930

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Bəlucistan əyalətində törədilmiş terror hücumlarını pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
 

"Pakistanın Bəlucistan əyalətində törədilmiş mənfur terror aktlarını qətiyyətlə pisləyirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, qardaş Pakistan xalqına və hökumətinə səmimi həmrəylimizi ifadə edirik.


Yaralananların tezliklə sağalmasını arzulayırıq. Bu çətin məqamda Pakistan ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə beynəlxalq səyləri qətiyyətlə dəstəklədiyimizi bir daha təsdiq edirik", - məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin