Hikmət Hacıyev Türkmənistan səfiri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi?

Hazırda oxunan: Hikmət Hacıyev Türkmənistan səfiri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi?

593610

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistan səfiri Qurbanmamet Elyasovla görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Hikmət Hacıyev və Qurbanmamet Elyasov ikitərəfli əməkdaşlıq üzrə maraq doğuran məsələləri müzakirə ediblər, 2025-ci ilin nəticələrinə dair fikir mübadiləsi aparıblar.

Bildirilib ki, Azərbaycan və Türkmənistan liderlərinin təşəbbüsləri nəticəsində ölkələr arasında strateji əlaqələr qardaşlıq ruhunda inkişaf edir.
 

Görüş zamanı 2026-cı ildə Azərbaycan və Türkmənistanda keçiriləcək tədbirlər, beynəlxalq forumlar, görüşlər və digər mövzular haqqında da danışılıb.


2026-cı ilin payızında keçiriləcək Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün əhəmiyyəti xüsusi vurğulanıb, Azərbaycanın bu formatda iştirakının regional əməkdaşlıq və dialoqa mühüm töhfə verəcəyi qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin