Ermənistanda seçki öncəsi mübarizə daha da gərginləşir. Tərəflər mövqelərini möhkəmləndirmək üçün müxtəlif addımlara əl atırlar. Dağınıq olan müxalifət bu fonda qüvvələrini birləşdirmək ehtimalını da istisna etmir.
Bu xüsusda daha çox canfəşanlıq nümayiş etdirən isə keçmiş prezident Robert Koçaryandır.
O, son mətbuat konfransında seçkilər zamanı böyük bir müxalifət blokunun yaradılmasının mümkün olacağını iddia edib.
Koçaryanın sözlərinə görə, müxalifət nümayəndələri fundamental məsələlərdə spektrin müxtəlif tərəflərində olsalar da, oxşar ritorikadan istifadə edirlər. Onun fikrincə, bu vəziyyət müxalifətə əməkdaşlıq və mövqelərin sinxronlaşdırılmasında əhəmiyyətli imkanlar yaradır. Bu əsasda da Koçaryan iddia edir ki, böyük bir seçki bloku yaratmaq mümkündür.
Aydın məsələdir ki, Koçaryan bu açıqlaması ilə əslində müxalifətin, xüsusən də onun revanşist kəsiminin məhz öz ətrafında birləşdirilməsinə çalışır. Belədə, seçki öncəsi özünə əlavə xal qazana biləcəyini düşünür.
Görəsən, Paşinyan seçkiöncəsi birləşməyə çalışan revanşistləri məğlub edə biləcəkmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli Koçaryan və Serj Sarkisyanın, yəni Qarabağ klanı”nın olduğu yerə böyük siyasi qüvvələrin toplanmasını mümkünsüz hesab edir:
“Cəmiyyət həmin qüvvələrin Ermənistanı necə viran etdiyini görüb. Paşinyanın hakimiyyəti dövründə isə vəziyyət müsbət mənada xeyli dəyişib. Yeni iş yerləri açılıb, yeni sənaye müəssisələri işə salınıb”.
Ekspert qeyd edir ki, Paşinyan Türkiyə və Azərbaycanla münasibətləri də normallaşdırıb:
“Paşinyan müharibədə məğlub olsa da, ondan sonra keçirilən seçkilərdə də qalib gəlib. O, həmçinin, Türkiyə və Azərbaycanla münasibətləri qaydaya salıb. Nəticədə yekun sülh müqaviləsinin imzalanması, sərhədlərin açılması, diplomatik münasibətlərin yaranması perspektivləri açılıb”.
Bu səbəbdən həmsöhbətimiz düşünür ki, mövcud şəraitdə erməni seçicisi yenidən qarşıdurma yaradacaq birisinin ətrafında birləşməyəcək:
“Paşinyan blokuna qarşı güclü müxalifət blokunun formalaşacağı və onların seçkilərdə qələbə qazanacağına inanmıram. Bu yöndə Koçaryanın açıqlaması sadəcə özünü göstərmək, müxalifətin başlıca fiquru olduğu obrazını formalaşdırmaq məqsədi daşıyır. Amma, o və digər müxaliflər heç nəyə nail ola bilməyəcəklər. Paşinyanın yenidən prosesdən qalib çıxacağına böyük inamım var”.
Rüfit Sultan, Bizim.Media

- A-
- A
- A+
Siyasət
09:00 / 31.01.2026
Ermənistanda seçkiöncəsi GƏRGİNLİK – Paşinyan revanşistlərə hansı “sürpriz”i HAZIRLAYIR?
Hazırda oxunan: Ermənistanda seçkiöncəsi GƏRGİNLİK – Paşinyan revanşistlərə hansı “sürpriz”i HAZIRLAYIR?
Hazırda oxunan: Ermənistanda seçkiöncəsi GƏRGİNLİK – Paşinyan revanşistlərə hansı “sürpriz”i HAZIRLAYIR?
593574
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































