Azərbaycan ərazisi İrana qarşı hücumlar üçün istifadə edilməyəcək - RƏSMİ

Hazırda oxunan: Azərbaycan ərazisi İrana qarşı hücumlar üçün istifadə edilməyəcək - RƏSMİ

593483

“Azərbaycan Respublikasının hava məkanı və ya ərazisi hər hansı dövlət tərəfindən qonşu İrana qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməyəcək”.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı olub


Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefon danışığı zamanı deyib.

Nazir bütün tərəflərin İranda və onunda ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirib.

Azərbaycanın onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin