İspaniya Konqresinin sədri Azərbaycana səfərə gəlib - FOTO

Hazırda oxunan: İspaniya Konqresinin sədri Azərbaycana səfərə gəlib - FOTO

592213

İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias yanvarın 22-də Azərbaycana rəsmi səfərə gəlib.

Bizim.Media xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İspaniya Parlamentinin nümayəndə heyətini Milli Məclisin İspaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova, Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov, İspaniyanın Türkiyə və Azərbaycandakı səfiri Kristina Latore, Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Pedro Torrubia və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Fransina Armenqol Sosiasın ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin