İlham Əliyev Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO

Hazırda oxunan: İlham Əliyev Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO

592033

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Vitol” şirkətinin baş icraçı direktoru Rassel Hardi ilə görüşüb.

Bizim.Media xəbər verir ki, söhbət zamanı Azərbaycanda həyata keçirilən neft strategiyası barədə məlumat verildi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində roluna toxunuldu.
 

Bu xüsusda bir neçə Avropa ölkəsinin, o cümlədən Avropa İttifaqına bir sıra üzv dövlətlərin Azərbaycan qazı ilə təchiz edilməsi vurğulandı.


Görüşdə ölkəmizlə bu şirkət arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, baş ofisi Rotterdam şəhərində yerləşən “Vitol" dünyanın aparıcı neft ticarəti şirkətlərindən biridir. 1966-cı ildə qurulan "Vitol" qrupu dünyanın üç əsas xam neft broker şirkəti sırasına daxildir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin