Ukrayna Azərbaycana təşəkkür etdi

Hazırda oxunan: Ukrayna Azərbaycana təşəkkür etdi

591964

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycana enerji yardımı üçün təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
 

“Rusiya qış aylarında mülki enerji infrastrukturunu hədəf almağa davam etdiyindən, enerji dəstəyi Ukrayna vətəndaşları üçün olduqca vacib olaraq qalır. Ukrayna evlərinə istilik və işıq gətirməyə kömək edən yeni enerji yardımı elan edən ölkələrə təşəkkür edirik. Azərbaycan Rusiya hücumlarından təsirlənən bölgələrdə elektrik təchizatının bərpasına kömək etmək üçün enerji avadanlığı - 12 aşağı gərginlikli panel, 11 generator, 5 transformator və 27.000 metr kabel göndərib”, - məlumatda bildirilib.


Qeyd edilib ki, bundan əlavə, Niderland və Slovakiyadan da enerji və tibbi avadanlıqların Ukraynaya çatdırması gözlənilir.

“Həm hərfi, həm də məcazi mənada istilik verən dəstəyə görə tərəfdaşlarımıza minnətdarıq. Bu dəstək tək olmadığımızı sübut edir. Bu o deməkdir ki, biz Rusiyanın terrorunu məğlub edəcəyik”, - Ukraynanın Xarici İşlər Naziri Andrey Sibiqa vurğulayıb. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin