Prezidentin məşhur şirkətin direktoru ilə səmimi dialoqu – VİDEO

Hazırda oxunan: Prezidentin məşhur şirkətin direktoru ilə səmimi dialoqu – VİDEO

591920

Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən gün Davosda “Euronews” telekanalının təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib.

Bizim.Media xəbər verir ki, tədbirdə dövlət başçısına sual ünvanlayan ABŞ-ın aktivlərin idarə edilməsi üzrə “Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Consonla İlham Əliyev arasında maraqlı dialoq yaşanıb.

Belə ki, şirkət direktoru dövlət başçısına xizək sürməyini xatırladaraq Azərbaycanda xizək sürdüyünü və ölkəmizdə ən müasir qurğuların olduğunu diqqətə çatdırıb:

“Cənab Prezident, sizə bir qədər əyləncəli sualım var. Bildiyimə görə, siz xizək sürürsünüz. Azərbaycanda xizək sürmək mənə də nəsib oldu. Təbrik edirəm, orada ən müasir qurğularınız var. Bildiyimə görə, martda Dünya çempionatı keçirəcəksiniz. Bir qədər bu barədə danışa bilərsinizmi?”

Prezident İlham Əliyev isə bildirib:
 

“Mənim xizəkçi olduğumu sizdən eşitmək qızıl medal almaq kimidir. Çünki Cenni həqiqi çempiondur. Çox şadam ki, o, Azərbaycanda xizək sürməkdən zövq alıb. Tədbir başlamazdan əvvəl biz söhbət etdik və mən söylədim ki, bu il Şahdağda Dünya çempionatı keçiriləcək”.


Qeyd edək ki, bu il yanvarın əvvəlində Prezident İlham Əliyevin nəvələri ilə birlikdə Şahdağda xizək sürməsini əks etdirən görüntülər də yayılmışdı.

Sözügedən dialoqun videosunu təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin